logo

Üçqat dünya çempionu Bayram Əliyev koronavirusa yoluxub

12:10 04-06-2020 | icon 2996
Üçqat dünya çempionu Bayram Əliyev koronavirusa yoluxub

Pauerliftinq üzrə üçqat dünya və üçqat Avropa çempionu Bayram Əliyev koronavirusa yoluxub.

YeniAvropa xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumatı pauerliftinq üzrə dəfələrlə dünya və Avropa çempionu, əməkdar idman ustası Hafiz Verdiyev yayıb. 

O bildirib ki, Bayram Əliyev hazırda xəstəxanadadır və müalicə alır. 

 
Xatırladaq ki, Bayram Əliyev Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin mayorudur.