logo

“Türk Hava Yolları” ölkədaxili aviareyslərə başlayıb

13:14 01-06-2020 | icon 2128
“Türk Hava Yolları” ölkədaxili aviareyslərə başlayıb

Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirləri çərçivəsində dayandırılan ölkədaxili aviareyslərin fəaliyyətinin bərpasına başlanılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, iki aylıq fasilədən sonra ilk reys İstanbul-Ankara istiqamətində həyata keçirilib. Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu bu uçuşun sərnişinləri arasında olub.

İlkin mərhələdə daxili reyslər üzrə təyyarələri İstanbul, Ankara, Antalya, İzmir və Trabzon hava limanları qəbul edir. Yeni qaydalara əsasən, sərnişinlər uçuşdan 3 saat əvvəl hava limanlarında olmalıdırlar. Uçuşdan bir saat əvvəl təyyarəyə minik qapılarının bağlanması nəzərdə tutulur.