logo

İranda zəlzələ olub

11:29 01-06-2020 | icon 2170
İranda zəlzələ olub

Ötən gecə İranın Fars vilayətində 4,7 bal gücündə zəlzələ baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, gecə saat 04:30 radələrində qeydə alınan zəlzələnin episentri yerin 2 kilometr dərinliyində qeydə alınıb.

Təcili olaraq hadisə yerinə həkim briqadaları və xilasedicilər göndərilib. Dağıntılar, ölən və yaralananlar haqqında hələlik məlumat verilmir.