logo

Bakıda ana və azyaşlı övladını maşın vurdu

22:10 31-05-2020 | icon 1876
Bakıda ana və azyaşlı övladını maşın vurdu

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində qeydə alınıb.

Yolu keçmək istəyən 1989-cu il təvəllüdlü Aliyə Seyidəliyeva və azyaşlı oğlu Ömər Seyidəliyevi avtomobil vurub.

Hər iki şəxs xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.