logo

İranda koronavirusdan ölənlərin sayı 7 880-ə yaxınlaşır

16:12 31-05-2020 | icon 2219
İranda koronavirusdan ölənlərin sayı 7 880-ə yaxınlaşır

İranda koronavirusa yoluxanların sayında artım müşahidə edilib. Son 24 saat ərzində bu ölkədə 2516 nəfər koronavirusa yoluxub, 63 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. Onun sözlərinə görə bu günə kimi İranda 151 min 466 nəfər virusa yoluxub, 7 min 798 nəfər isə ölüb. Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə alan 118 min 848 nəfər sağalaraq evə buraxılıb.

Mətbuat katibi nəzərə çatdırıb ki, hazırda intensiv terapiya şöbəsində müalicə alan 2 min 527 nəfərin vəziyyəti ağır olaraq qalır.