logo

Şəkinin mərkəzində qonur ayı gəzib

10:31 31-05-2020 | icon 1995
Şəkinin mərkəzində qonur ayı gəzib

Bu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının sərbəst şəkildə hərəkət etdiyi müşahidə olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.Qeyd edib ki,  qonur ayının təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görülür: “Artıq mütəxəssis heyəti müvafiq keyidici ləvazimatlarla Bakıdan Şəkiyə ezam olunub".

Onun sözlərinə görə, bütün tədbirlər görülür ki, insanların təhlükəsizliyi qorunsun və ayıya zərər gəlməsin.

"Hələ də təhlükə olduğunu nəzərə alaraq bir daha vətəndaşlardan xahiş edirik ki, ehtiyatlı olsunlar", - nazirliyin sözçüsü qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Şəki Regional Ekologiya İdarəsinin əməkdaşları da yerli polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün müəyyən tədbirlər görüb.