logo

Ermənilər atəşkəs rejimini 25 dəfə pozublar

09:49 31-05-2020 | icon 1925
Ermənilər atəşkəs rejimini 25 dəfə pozublar

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.