logo

Türkiyədə iyunun 1-dən ölkədaxili aviareyslər açılır

17:27 30-05-2020 | icon 2373
Türkiyədə iyunun 1-dən ölkədaxili aviareyslər açılır

Türkiyədə iki aylıq fasilədən sonra,  ölkədaxili aviareyslər iyunun 1-dən etibarən bərpa olunur.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, ilkin mərhələdə uçuşlar İstanbuldan Ankara, Antalya, İzmir və Trabzon şəhərlərinə həyata keçiriləcək. İlk reys isə iyunun 1-də saat 10.00-da İstanbuldan Ankaraya olacaq.

Artıq hava limanlarına bununla bağlı sertifikatlar təqdim olunub.