logo

Koronavirus Azərbaycanda rekordlar qırır:257 yeni yoluxma, 61 ölü sayı

17:42 30-05-2020 | icon 2023
Koronavirus Azərbaycanda rekordlar qırır:257 yeni yoluxma, 61 ölü sayı

Azərbaycanda koronavirus infeksiyasına daha 257 yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948-ci, 1953-cü və 1957-ci il təvəllüdlü üç nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 5246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3327 nəfər müalicə olunaraq sağalıb, 61 nəfər vəfat edib, 1858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 58 nəfərin vəziyyəti ağır, 68 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 294.264 test aparılıb.