logo

Polis məşhur hakimi fahişəxanada yaxaladı

16:59 30-05-2020 | icon 2450
Polis məşhur hakimi fahişəxanada yaxaladı

Sloveniyalı FIFA hakimi Slavko Vinçiç Bosniya və Herseqovina polisi tərəfindən həbs olunub.

YeniAvropa xarici KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı referi polisin fahişəxanada keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onunla birlikdə 9 qadın və 26 kişi həbs olunub.

Saxlanılanlar eyni zamanda narkotik maddədən istifadə və silah saxlamaqda ittiham olunub. Slavko Vinçiç ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Bosniya və Herseqovina polisinin basqını fahişəlikdə şübhəli bilinən Tiyana Aifon kimi tanınan Tiyana Maksimoviçin işi ilə əlaqədar etdiyi vurğulanıb.
Qeyd edək ki, Slavko Vinçiç bu mövsüm Çempionlar Liqasının qrup mərhələsinin 3 oyununu və Avropa Liqasında pley-off matçını idarə edib