logo

Azərbaycanda rekord sayda-230 nəfər koronavirusa yoluxdu,2 nəfər öldü

18:19 29-05-2020 | icon 2030
Azərbaycanda rekord sayda-230 nəfər koronavirusa yoluxdu,2 nəfər öldü

Azərbaycanda indiyədək rekord sayda-230 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan  bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948 və 1950-ci il təvəllüdlü iki nəfər vəfat edib.

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 4989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3125 nəfər müalicə olunaraq sağalıb, 58 nəfər vəfat edib, 1806 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 67 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 289.603 test aparılıb.