logo

Azərbaycanın dövlət sərhədinin bağlanması iyunun 15-dək uzadıldı

16:09 29-05-2020 | icon 2079
Azərbaycanın dövlət sərhədinin bağlanması iyunun 15-dək uzadıldı

Azərbaycan Respublikasının dövlət sərhədinin bağlanması 15 iyun 2020-ci il tarixinədək uzadılır.

YeniAvropa xəbər verir ki, bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.Qeyd edilib ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərinin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddətini artırır.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 15 iyun 2020-ci il tarixədək uzadılır.