logo

İcra başçısı kostyum geyinib kartof yığdı 

12:10 29-05-2020 | icon 2079
İcra başçısı kostyum geyinib kartof yığdı 

Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov Təzə Alvadı kəndində tarlalarda kartof və çiyələk yığan əməkçilərlə görüşüb.

 YeniAvropa xəbər verir ki, kənddə yerləşən bir çox tarlalara baş çəkən icra hakimiyyətinin başçısı məhsul yığan əməkçilərlə görüşüb və onlara koronavirus infeksiyası ilə mübarizədə diqqətli olmağı tövsiyə edib.
 
Qeyd edək ki, icra başçısının kartof yığması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Başçının bu addımının səmimi olmadığı bildirilib.(pravda.az)