logo

TƏBİB Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqladı

20:41 27-05-2020 | icon 1722
TƏBİB Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 27-nə olan statistik göstəriciləri açıqlayıb.

 YeniAvropa xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 325 testin keçirildiyi qeyd edilib.

Bildirilib ki, ölkə ərazisində indiyədək ümumilikdə 280 663 test aparılıb.

Qeyd edək ki,  bu gün Azərbaycanda 165 yoluxma faktı aşkar edilib. 2 nəfər dünyasını dəyişib, 78 pasiyent isə sağalıb.