Avropa Məhkəməsi bu gün "Ramil Səfərovun işi"nə baxacaq
Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana və Macarıstana qarşı "Ramil Səfərovun işi" ilə bağlı qərarını açıqlayacaq.
YeniAvropa xəbər verir ki, Məhkəmənin saytında verilən məlumata görə, Ermənistandan olan iki şikayətçi - qətlə yetirilmiş Qurqen Marqaryanın babası Samvel Minosyan və Hayk Mukuçyan Azərbaycan və Macarıstana qarşı şikayət veriblər. Məlumatda deyilir ki, şikayətçilər Azərbaycanı Avropa İnsan Haqları Konvensiyasının yaşamaq hüququnun (2-ci maddə) və etnik ayrı-seçkiliyin qadağan olunması (14-cü maddə) maddələrinin pozulması ilə ittiham edirlər. Bundan əlavə, Macarıstan ekstradisiya əlaqədar olaraq "məcburedici təminat almadan Azərbaycan tərəfinin tələbini təmin etməsi" (2-ci maddə) ilə ittiham olunur.
Ramil Səfərov "BBC News Azərbaycanca"ya məsələ ilə bağlı şərh verməyib.
Vəkil Əsabəli Mustafayev ehtimal edir ki, məhkəmədə həm Macarıstan, həm Azərbaycan tərəfdən "insan haqlarının pozuntusu tanına bilər".
"Belə ehtimal edirəm ki, Avropa Məhkəməsi ikinci maddəni, yəni yaşamaq hüququnun pozuntusunu tam tanıyacaq. Ola bilsin ki, 14-cü maddə də, etnik ayrı-seçkilik maddəsinin də pozuntusu tanınsın", - deyə o, bildirib.
"Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev ekstradisiya və əfvlə bağlı deyir ki, Macarıstan beynəlxalq müqavilə, Azərbaycan isə daxili suveren qərarla bu işi həyata keçirib. O ehtimal edir ki, "etnik ayrı-seçkilik məsələsində pozuntu tanına bilər, amma onun geri qaytarılması və cəzasını çəkməsi tələb edilə bilməz".
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərə görə, bu, "konkret şəxslər arasında baş vermiş bir hadisədir". "Dünyada minlərlə Azərbaycan vətəndaşı Ermənistan vətəndaşı ilə qarşılaşır, bir yerdə yaşayır, mübahisə edir, susurlar, amma birinin digər birini öldürməsi çox nadir hadisədir. Bu etnik zəmində yox, emosional, affekt vəziyyətində baş vermiş hadisədir",-deyə İsa Qəmbər "BBC News Azərbaycanca"ya bildirib.
Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektor müdiri və Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov bu işlə bağlı şərh verməyin "tez olduğunu" deyib.
Əslində nə baş verib?
Azərbaycanın hazırda Ermənistanın nəzarətində olan Cəbrayıl rayonunda doğulan 43 yaşlı Ramil Səfərov 2004-cü ildə Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən üç aylıq ingilis dili kurslarına qatılıb. Həmin ilin fevralın 19-da, kursun bitməsinə 20 gün qalmış kurs yoldaşı, əslən erməni olan Qurqen Marqaryanı təhqirə görə qətlə yetirib. O, 2006-ci ilin aprelin 13-də Budapeşt şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib. 2012-ci ildə Ramil Səfərov Macarıstandan Azərbaycana ekstradisiya olunub və elə həmin vaxt prezident İlham Əliyev tərəfindən əfv olunub. O, həbsdə olduğu müddətdə Maqda Sabonun "Qapı", Ferens Molnarın "Pal küçəsinin oğlanları" kitablarını macar dilindən azərbaycan dilinə tərcümə edib.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır