logo

Əli Kərimlinin köməkçisi həbs olundu

21:44 25-05-2020 | icon 1988
Əli Kərimlinin köməkçisi həbs olundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli Sabirabadda həbs olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Faiq Əmirli İnziabti Xətalar Məcəlləsinin 510-cu (ictimai qaydanı pozma) maddəsi ilə təqsirli bilinərək Sabirabad Rayon Məhkəməsinin qərarı ilə 15 sutka müddətinə inzibati həbsə məhkum edilib.

Xatırladaq ki, bu, Faiq Əmirlinin karantin dövründə ikinci inzibati həbsidir. O aprelin 9-da Bakının Səbail rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin (karantin rejimini pozma) pozulmasında günahlandırılaraq 30 sutka inzibati həbsə məhkum edilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası bildirib ki, Faiq Əmirlinin həbsi onun siyasi fəaliyyəti ilə bağlıdır.

Rəsmi qurumlar AXCP fəalının saxlanılması barədə hələ məlumat yaymayıb.