DSMF-dən daha bir vəzifəli şəxs həbs edildi
Əhalinin sosial təminatı sahəsində idarəetmənin təkmilləşdirilməsində, eləcə də ünvanlılığın və şəffaflığın təmin olunması sahəsində həyata keçirilən mütərəqqi addımlara kölgə sala biləcək mənfi amillərə, koronovirus pandemiyası fonunda aztəminatlı vətəndaşlara dövlət tərəfindən ayrılmış sosial yardım paketlərinin təyinatı üzrə çatdırılmasında yol verilən sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş digər qanunsuz hərəkətlərə qarşı kəsərli tədbirlər davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağdaş rayon şöbəsində aztəminatlı ailələrə sosial yardımın verilməsi üçün rüşvət tələb edilməsi barədə daxil olmuş məlumat Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində DSMF-nin Ağdaş rayon şöbəsinin məsləhətçisi Məharət Əhmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərinə zidd olaraq vətəndaşa sosial yardım verilməsinə kömək göstərilməsi müqabilində onun yaxın qohumundan 1000 manat pulu rüşvət tələb edərək, həmin pulun bir qismini aldığına şübhələr üçün əsaslar müəyyən olunub.
Baş İdarənin əməkdaşları tərəfindən xüsusi texniki vasitələrdən istifadə etməklə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində M.Əhmədov həmin məbləğin qalan hissəsini mayın 21-də rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
M.Əhmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçilib
Belçikalı Hendrik Daems ikinci dəfə AŞ PA-nın prezidenti seçilib
Baş prokuror: Ötən il 30 nəfər Azərbaycana ekstradisiya edilib
Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
Nardaranda silahlı şəxs saxlanılıb
2020-ci ildə Azərbaycanda 67,9 min oğlan, 59,6 min qız doğulub
Neft Fondu dövlət büdcəsinə 112,1 milyard manat vəsait köçürüb
Bakıda Azərbaycan və İranın xarici işlər nazirlərinin görüşü keçirilir
Sabah Bakıda 9° isti olacaq
Azərbaycanda ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib
Neft Fondu ötən il “Azəri-Çıraq-Günəşli”dən 3,5 milyard dollar gəlir əldə edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
İndiyədək Azərbaycanda 62 siyasi partiya dövlət qeydiyyatına alınıb
Hüquq müdafiəçi Oqtay Gülalıyevdən xəbər var
Ticarət obyektləri fəaliyyətə başladı
Bakıda biznesmenin oğlunun öldüyü qəzanın görüntüləri yayıldı-VİDEO
Çindən Türkiyəyə daha 6,5 milyon doza vaksin gətirilib
AŞ PA-nın qış sessiyası başlayır
Bakıda partlayıb oldu-yaralananlar var
Bərbərxana və gözəllik salonlarının da fəaliyyəti bərpa olundu
Bu gündən 5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub
Məhkəmə Masallının baş həkimi barədə həbs qətimkan tədbiri seçdi
“İstiqlal Zirvəsi” layihəsi təqdim edildi (VİDEO)
Kəlbəcər rayonunun Comərd kəndinin videogörüntüləri
Paytaxtda gənc qadın özünü hündürmərtəbəli binadan atdı-VİDEO