logo

Prezident Valeh Ələsgərovu Ələt AİZ-in İdarə Heyətinin sədri təyin etdi

14:58 22-05-2020 | icon 574
Prezident Valeh Ələsgərovu Ələt AİZ-in İdarə Heyətinin sədri təyin etdi

Prezident İlham Əliyev mayın 22-də Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: " Valeh Feyruz oğlu Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri təyin edilsin".