logo

Prezident Seymur Orucovu Ağstafa rayonuna icra başçısı təyin etdi

13:03 21-05-2020 | icon 2296
Prezident Seymur Orucovu Ağstafa rayonuna icra başçısı təyin etdi

Prezident İlham Əliyev mayın 21-də Ağstafa rayon İcra Hakimiyyətinin başçısının təyin edilməsi haqqında
sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: " Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin".

Qeyd edək ki, Seymur Orucov 1984-cü il oktyabrın 27-də Naxçıvanda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub. 2006-2009-cu illərdə Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri olub. 2009-2011-ci illərdə İqtisad Universitetinin tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb. 29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib.

Ailəlidir. O, YAP-ın Səbail rayon təşkilatının sədri, Dövlət İqtisad Universitetinin sabiq rektoru, keçmiş deputat Şəmsəddin Hacıyevin kürəkənidir.