logo

Rusiyada azərbaycanlı nazir müavini dövlət bankına rəhbərlik edəcək

14:59 20-05-2020 | icon 2611
Rusiyada azərbaycanlı nazir müavini dövlət bankına rəhbərlik edəcək

Rusiyanın iqtisadiyyat nazirinin əslən azərbaycanlı olan müavini Azər Talıbov bu vəzifədən gedib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Rusiyanın baş naziri Mixail Mişustin Azər Talıbovun işdən getmək barədə ərizəsini imzalayıb. Verilən məlumatlara görə, Azər Talıbov “Roseksimbank” dövlət bankına rəhbərlik edəcək.

Xatırladaq ki, A.Talıbov 2017-ci ildə iqtisadiyyat nazirinin müavini təyin edilib. Bundan əvvəl isə o, Rusiya Mərkəzi Bankında çalışıb.