logo

Prezident  Azərbaycan İlahiyyat İnstitutuna  yeni rektor təyin etdi

12:22 12-05-2020 | icon 2177
Prezident  Azərbaycan İlahiyyat İnstitutuna  yeni rektor təyin etdi

Prezident İlham Əliyev mayın 12-də  Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilsin.

Xatırladaq ki, Aqil Şirinov 1979-cu il sentyabr ayının 28-də Kəlbəcərdə anadan olub.1996-cı ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə daxil olub, 2001-ci ildə həmin  fakültədən “ilahiyyatçı” və “ərəb dili müəllimi” ixtisasları üzrə məzun olub. 

2018-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin əmri ilə Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyin edilib.