logo

Karantin rejimi ən azı mayın 31-nə qədər qüvvədə olacaq-Prezidenr

19:59 07-05-2020 | icon 315
Karantin rejimi ən azı mayın 31-nə qədər qüvvədə olacaq-Prezidenr

Karantin rejimi ən azı mayın 31-nə qədər qüvvədə olacaq və ondan sonra əgər lazım olarsa, uzadılacaq. 

YeniAvropa xəbər verir ki, bu fikri mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında çıxışı zamanı prezident İlham Əliyev səsləndirib.  O, qeyd edib ki, karantin rejiminin yumşaldılması o demək deyil ki, karantin başa çatıb. 

 "Son günlərin mənzərəsi, sözün düzü, məni çox üzür və narahat edir. Çünki son 2-3 gündə xəstələnənlərin sayı sağalanların sayından çoxdur və əgər bu dinamika kəskin artarsa, - mən bunu açıq demək istəyirəm və hər kəs bunu bilsin, - biz məcbur olub karantin rejimini əvvəlki vəziyyətə gətirəcəyik, sərtləşdirəcəyik, qaydaları pozanlara qarşı da daha ciddi cəza tədbirləri görüləcək ki, biz vəziyyəti daim nəzarətdə saxlayaq",-deyə prezident vurğulayıb.

Prezident daha sonra qeyd edib ki, bəzi məsuliyyətsiz vətəndaşlar heç bir qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, özlərini elə aparırlar ki, sanki virus artıq məhv olub.

"Buna qətiyyən yol vermək olmaz. Ona görə bu adamlara qarşı ciddi tədbirlər görüləcək. Hamı bunu bilsin və nəticə çıxarsın. Biz imkan verə bilmərik ki, hansısa məsuliyyətsiz vətəndaşlara görə insanların həyatı risk altına düşsün. Qətiyyən mümkün deyil!",-deyə prezident vurğulayıb.