logo

İmişlinin keçmiş icra başçısının müstəntiq oğlu işdən qovuldu

14:53 07-05-2020 | icon 2107
İmişlinin keçmiş icra başçısının müstəntiq oğlu işdən qovuldu

İmişli rayonunun keçmiş icra hakimiyyəti başçısı, DTX tərəfindən həbs edilən Vilyam Hacıyevin hüquq-mühafizə orqanlarında işləyən oğlu işdən qovulub.

 YeniAvropa xəbər verir ki,  Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində mühüm işlər üzrə müstəntiq işləyib.

Bildirilir ki, Baş prokuror Kamran Əliyev onun işdən azad edilməsi barədə əmr imzalayıb. Korrupsioner atasının ifşasından sonra onun özünün işdən çıxmaq haqda raport təqdim etdiyi deyilir.

Qeyd edək Vilyam Hacıyevin oğlu kifayət qədər harın həyat tərzi keçirirdi və sosial şəbəkələrdə onun "Bentley", "Galndewagen" və digər avtomobillərinin fotoları paylaşılırdı.