“Uşaq Qaynar Xətti” son bir ayda rekord sayda müraciət qəbul edib
“Azərbaycan Uşaq Qaynar Xətt” xidməti aprel ayının nəticələri ilə bağlı statistikanı açıqlayıb.
YeniAvropa xəbər verir ki, şirkətdən verilən məlumata görə, bu ilin aprel ayında mərkəzə 756 zəng daxil olub. “Azercell Telekom” MMC tərəfindən yaradılan və dəstəklənən bu xidmətə daxil olan zənglərin əksəriyyəti – 423 müraciət təhsillə əlaqədardır. “Uşaq Qaynar Xətti”nə sosial məsələlərlə bağlı 98, səhiyyə üzrə 66, psixoloji problemlərlə əlaqədar 51, hüquqi prosedurlarla əlaqəli 44 müraciət daxil olub. Daha 74 müraciət isə bu kateqoriyalara aid edilməyən fərqli məsələlərə dair olub. Müraciətlərin 665-i ilkin, 91-i isə təkrarən daxil olub. Zəng edənlər arasında qızlar nisbətən üstünlük təşkil edir – müraciət edənlərin 425-i qızlar, 326-sı oğlanlar olub. Beş şikayət SMS üzərindən qeydə alındığından müraciətçilərin cinsləri müəyyən olunmayıb. Uşaqlar üçün qaynar xəttə müraciət edənlərin təxminən 85 faizi yaşı 18-dən yuxarı şəxslər olub.
Ölkəmizdə COVID-19 virusunun yayılmasının önlənməsi məqsədilə karantin rejimi tətbiq olunduğundan “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin əməkdaşları fəaliyyətlərini evdən davam etdiriblər. Qaynar xətt xidmətinin 116111 qısa nömrəsi mobil telefona yönləndirilib və müraciətlər 7/24 saat mütəmadi olaraq operatorlar tərəfindən cavablandırılıb. Ay ərzində mərkəzin mobil nömrələrinə 712, şəhər telefonuna 18 zəng daxil olub, 26 müraciət isə SMS vasitəsilə qeydə alınıb.
Aprel ayı ərzində karantin rejiminin davam etməsinə baxmayaraq, mərkəzin əməkdaşları 6 ailəyə baş çəkiblər. Ziyarət zamanı ailədəki uşaqlarla tanış olub, onların problemlərini dinləyib, məsələnin araşdırılması və təcili dəstəyin göstərilməsi üçün aidiyyəti qurumlara məktublar göndəriblər. Aprelin 29-dan etibarən “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətində fərdi konsultasiyaların keçirilməsi, reabilitasiyaya cəlb olunmuş ailələrlə görüşlərin təşkili qismən bərpa olunub.
Son ay ərzində qaynar xəttin mediada təbliği istiqamətində də addımlar atılıb. Mərkəzin əməkdaşları yerli televiziya kanallarında çıxışlar edərək mövcud problemlərdən danışıb, maarifləndirməyə diqqət yetiriblər. Media orqanlarında uşaqların evdə səmərəli vaxt keçirməsi, onların özgüvən problemi, koronavirusdan qorunma və digər önəmli mövzularda müzakirələr aparılıb. Eyni zamanda, sosial şəbəkələrdə də fəaliyyət genişləndirilib, canlı yayımlar təşkil edilib.
Ümumilikdə 2020-ci ilin ilk 4 ayı ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə 2069 müraciət daxil olub.
Qeyd edək ki, "Azercell Telekom" MMC-nin dəstəyi, "Ümidli Gələcək İctimai Birliyi"nin təşkilatçılığı ilə 7/24 rejimi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidməti haqqında ətraflı məlumatı “www.usaqxetti.az” internet səhifəsindən əldə etmək mümkündür.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır