logo

Türkiyədə daha 64 nəfər koronovirusdan dünyasını dəyişib

20:17 06-05-2020 | icon 2345
Türkiyədə daha 64 nəfər koronovirusdan dünyasını dəyişib

 

Türkiyədə mayın 6-də 30 min 303 nəfər üzərində test aparılıb.  Onlardan 2253 nəfəri xəstə çıxıb. Gün ərzində 64 nəfər dünyasını dəyişib. Bununla da ölkə üzrə Covid-19 qurbanlarının sayı 3584 nəfər olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca  özünün "Tvitter" səhifəsində məlumat paylaşıb. Nazir bildirib ki, ölkədə ümumi yoluxma faktı 131 min 744-dür. Son 24 saatda 4917 xəstə sağalaraq evə buraxılıb. Bununla da sağalanların sayı 78 min 202 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyədə COVID-19 pandemiyası ilə mübarizədə tətbiq olunan qadağalar mərhələli şəkildə yumşaldılır. İlkin mərhələyə mayın 11-dən başlanılacaq.