logo

İranda sutka ərzində 1680 nəfər koronavirusa yoluxub,78 nəfər ölüb

19:31 06-05-2020 | icon 2373
İranda sutka ərzində 1680 nəfər koronavirusa yoluxub,78 nəfər ölüb

Son sutka ərzində İranda 1680 nəfər koronavirusa yoluxub, 78 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur verib. Ümumilikdə İranda virusa yoluxanların sayı 101 min 650 nəfərə, ölənlərin sayı isə 6 min 418 çatıb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 81 min 587 nəfər sağalaraq evə buraxılıb.

K.Cahanpur bildirib ki, koronavirusdan sağalanların sayına görə, İran dünyada 5 ölkədən biridir.

Qeyd edilir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İran üzrə nümayəndəsi Kristof Helman Tehrandakı İnnovasiya Mərkəzində olub və koronavirusa yoluxan xəstələrin qan plazması və müalicəsi ilə maraqlanıb. O, nəzərə çatdırıb ki, ÜST İranın koronavirusla mübarizə üsullarını və xəstələrin müalicə metodunu dəstəkləyir və yüksək qiymətləndirir.