logo

Paytaxtda üzərində “Makarov” tapançası gəzdirən şəxs saxlanıldı

11:59 06-05-2020 | icon 2254
Paytaxtda üzərində “Makarov” tapançası gəzdirən şəxs saxlanıldı

Üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs Sabunçu Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı, əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Nardaran qəsəbəsi sakini Ramin Nuriyev tutulub. Onun üzərinə baxış zamanı “Makarov” markalı tapança, həmin silaha məxsus 5 patron və daraq aşkarlanaraq götürülüb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Ramin Nuriyevin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.