logo

Ermənistanda dəhşətli qətl:ata körpə uşaqlarını həyətə atıb öldürdü

15:51 05-05-2020 | icon 2415
Ermənistanda dəhşətli qətl:ata körpə uşaqlarını həyətə atıb öldürdü

Ermənistan paytaxtında dəhşətli qətl hadisəsi törədilib.

YeniAvropa erməni KİV-nə istinadla xəbər verir  ki, Yerevanda 40 yaşlı kişi 8 yaşlı oğlunu və 5 yaşlı qızını yaşadıqları binanın doqquzuncu mərtəbəsindən atıb. Sonradan o, özü də intihar edib.

Qətlin və intiharın səbəbləri açıqlanmasa da, hadisənin ölkədəki sosial-iqtisadi vəziyyətlə əlaqədar olduğu ehtimal edilir. Həmin şəxsin həyat yoldaşının onu tərk etdiyi bildirilir.