logo

4 milyon avro sərmayə yatırılan şirkət zərərdə "üzür"

10:30 05-05-2020 | icon 2296
4 milyon avro sərmayə yatırılan şirkət zərərdə "üzür"

01 Yanvar 2020-ci il tarixində “Gəncə Sənaye Cihaz” ASC 5 milyon 79 min manat yığılmış zərərə malik olub. Bu, şirkətin bir neçə ildir zərər ilə fəaliyyət göstərdiyinə işarədir.

YeniAvropa xəbər verir ki, bu barədə ASC-nin  2019-cü il üzrə illik hesabatı balansında bildirilir. Mühasibat balansından belə bəlli olur ki, yığılmış zərər şirkətni 710 min manatlıq nizamnamə kapitalını tamamilə silib və  kapitalda 3 milyon 832 min manat kəsir yaranıb.

Ötən il “Gəncə Sənaye Cihaz”ın cəmi aktivləri 126 min manat azalaraq 1 milyon 612 min manata geriləyib.

“Gəncə Sənaye Cihaz” ASC Mənfəət və zərər hesabatını dərc etmədiyindən gəlirlər, xərclər və mənfəət haqqında məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, keçmiş sovetlər məkanında yeganə su sayğaclarının istehsalı üzrə tam ixtisaslaşdırılmış Gəncə-Cihaz zavodunun bazasında “Gəncə Sənaye Cihaz” ASC yaradılmış və 2006-cı il 30 iyun tarixdə investisiya müsabiqəsinin qalibi “Galf-Servis” MMC-yə idarə olunmaya verilmişdir. Müəssisəyə 4  milyon avro həcmində sərmayə yatırılmışdır. İllik istehsal gücü 250 min ədəd su, 240 min ədəd qaz sayğaclarının istehsalı sahəsi yenidən qurularaq fəaliyyətə başlamışdır. İstehsal olunan sayğacların hamısı “SMART” tipli olaraq, əvəlcədən odənişlidir və istehsalatın qurulmasında Fransanın “İTRON” şirkəti partnyor kimi iştirak edib.(Marja)

0-2