logo

Kürdəmirdə avtoqəzada 6 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb

22:47 04-05-2020 | icon 3941
Kürdəmirdə avtoqəzada 6 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb

Kürdəmirdə baş verən avtoqəzada ölənlərin sayı 6-ya çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Qeyd edilib ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi "Nissan" markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobildə olan sərnişinlərdən 6 nəfəri  ölüb, 7 sərnişin isə ağır bədən xəsarətləri alıb.

"Xəsarət alanlar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.