logo

Balakəndə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

11:32 28-04-2020 | icon 2009
Balakəndə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

Balakən rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri keçiriblər.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib. Qeyd edilib ki, narkotik tərkibli çətənə bitkisi əkib-becərən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Əvvəllər də məhkum olunmuş Balakən sakini İntiqam Məmmədova məxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan doqquz ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı İ.Məmmədov barədə Balakən rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.