logo

Çinlilər "20-ci sahə"ni yenidən tikəcəklər

22:55 27-04-2020 | icon 2653
Çinlilər "20-ci sahə"ni yenidən tikəcəklər
Hazırda iri Çin investorları ilə "20-ci sahə” layihəsi müzakirə olunur.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə məlumat verib.Onun sözlərinə görə, bu, Bakının şəhərsalma sferasında maraqlı bir layihə olacaq. 
 
"Çinli tərəfdaşlarımızın təxminən, 800 hektar ərazidə, sahil zonasına çıxışı olan və bulvarın davamı olacaq böyük yaşayış rayonu yaratmaq niyyəti var. Layihə maraqlıdır, mən bu layihənin texniki-iqtisadi əsaslandırılmasını etmişəm. Orada yaşayış massivlərinin, məktəblərin, bağçaların, ticarət mərkəzlərinin tikintisi nəzərdə tutulub”,-deyən  E.Qasımzadə koronavirus səbəbindən danışıqların müvəqqəti dayandırıldığını bildirib. Qeyd edib ki,  sərhədlər açıldıqdan sonra layihənin reallaşacağı mümkün hesab edilir.