logo

Serbiyada koronavirusa görə parlament seçkilərinin vaxtı dəyişdirildi

21:50 26-04-2020 | icon 2303
Serbiyada koronavirusa görə parlament seçkilərinin vaxtı dəyişdirildi

Serbiyada aprelin 26-na planlaşdırılan parlament seçkilərinin koronavirusla bağlı ölkədə elan olunmuş karantin səbəbindən iyulun ortalarına keçirilməsi qərarı alınıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, parlament seçkilərində Aleksandr Vuçiçin partiyasının ən güclü rəqibi “Serbiya üçün ittifaq” partiyası idi. Hakim partiya ötən seçkilərdə seçicilərin səsinin 48,2 faizini toplamışdı.

Yeddi milyon əhalisi olan Serbiyada indiyədək koronavirusa 7 min 779 nəfər yoluxub, onlardan 151-i ölüb, 1152 nəfər isə sağalıb.