logo

Mayk Tayson yenidən rinqə qayıdır

23:21 24-04-2020 | icon 3521
Mayk Tayson yenidən rinqə qayıdır

Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson yenidən rinqə qayıdacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə  “The Sun” nəşri məlumat yayıb. M.Tayson qəzetə müsahibəsində yaxın zamanlarda dörd raunddan ibarət təkbətək xeyriyyə döyüşlərində iştirak etmək üçün yenidən rinqə qayıtmağı planlaşdırdığını söyləyib. 

"Mən bütün son həftəni yumruqlarım üzərində işlədim. Bu ağırdır, bədənim zədəlidir və çox ağrıyır.Hər gün məşq edirəm, rinqə çıxmağa çalışıram. Düşünürəm ki, bir neçə xeyriyyə döyüşü keçirmək üçün lazımı formamı yığa bilcəyəm", -deyə Mayk Tayson vurğulayıb.

Sabiq dünya çempionu həmçinin, qeyd edib ki, belə xeyriyyə tədbirləri keçirməklə evsiz olan, eləcə də narkotikdən asılı insanlara kömək etmək niyyətindədir.