logo

Şimal bölgəsində 26 sm qar yağıb

13:58 24-04-2020 | icon 1953
Şimal bölgəsində 26 sm qar yağıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aprelin 24-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub.

XidmətdənYeniAvropa-ya bildiriblər ki, düşən yağıntının miqdarı Lənkəranda 27 (aylıq normanın 48 faizi), Sarıbaş (Qax), Astarada 25, Daşkəsəndə 21, Tərtərdə 20, Göygöl, İsmayıllıda 19, Yardımlı, Ağsu, Qəbələdə 18, Sədərəkdə 17, Göyçayda 16 (aylıq normanın 32 faizi), Mingəçevirdə 25 (aylıq normanın 73 faizi), Zərdabda 16 (aylıq normanın 52 faizi), Kürdəmirdə 16 (aylıq normanın 46 faizi), Şəki, Beyləqanda 16 (aylıq normanın 52 faizi), Gədəbəydə 16, Biləsuvarda 15 (aylıq normanın 44 faizi), Ağdərə (Ordubad), Zaqatalada 15, Sabirabadda 14 (aylıq normanın 44 faizi), Bərdə, Ağstafa, Naftalan, Kişçay (Şəki), Şahbuz, Şəmkir, Oğuzda 14, Yevlax, Göytəpədə 13, Neftçala, Tovuz, İmişlidə 12, Ordubad, Gəncə, Balakəndə 11, Xaltan, Qrız, Mərəzə, Lerik, Salyan, Cəfərxan, Xınalıq, Şərur, Qusar, Altıağac, Ağdam, Şahdağ, Ceyrançöl, Qazıməmməd, Culfa, Xaçmaz, Naxçıvan, Şabran, Qubada 2-10, Sumqayıt, Bakı, Binədə 4, Zabrat, Maştağada 3, Pirallahıda 2, Çilov adası, Neft Daşlarında 1 millimetr olub.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax), Əlibəydə (Şəki) 26, Daşkəsəndə 23, Qrızda 13, Xınalıq, Gədəbəydə 12, Kişçayda (Şəki) 8, Şahdağda 6, Ağdərədə 3, Altıağac, Xaltanda 2 santimetrə çatıb.

Şimal-qərb küləyi arabir Neftçalada 20, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 15-20 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.5 metrə çatıb.

Havanın temperaturu iqlim normasından 3.5° aşağı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 9-11°, aran rayonlarında 9-15°, dağlıq rayonlarda 0-2°, Naxçıvan Muxtar Respublikasında 14-19° isti, havanın minimal temperaturu dağlıq rayonlarda 3-5°, yüksək dağlıq ərazilərdə 8° şaxta olub.