logo

"Azercell"dən "BluTV" ilə sevdiyiniz türk filmləri yüksək keyfiyyətdə bir arada!

14:29 23-04-2020 | icon 3479
"Azercell"dən "BluTV" ilə sevdiyiniz türk filmləri yüksək keyfiyyətdə bir arada!

Yerli bazarın lider mobil operatoru "Azercell" rəqəmsal məhsullar portfelini genişləndirməyə davam edir.

YeniAvropa xəbər verir ki, bu dəfə "Azercell" şirkəti "BlutTV " ilə eksklüziv tərəfdaşlığa imza ataraq, son illər ərzində dünyada sürətlə populyarlıq qazanan türk kino və seriallarını abunəçiləri üçün əlçatan edir. Aprel ayının 21-dən başlayaraq "Azercell",  "BluTV" vasitəsilə izləmə rekordları ilə seçilən türk kinemotoqrafiyasını, xüsusi olaraq "BluTV" üçün lentə alınan türk film və seriallarını  smartfonlara gətirir.

Xidməti aktiv etmək qaydası çox sadədir: IOS, Android, PC və Smart TV əməliyyat sistemlərini dəstəkləyən BluTV tətbiqini yüklədikdən sonra, gündə 0.25 AZN ödəməklə günlük paketi  və ya ayda 3 AZN ödəməklə aylıq paketi aktiv etmək mümkündür. Odur ki, xidmətə günlük qoşulmaq üçün Start gun açar sözünü 5550 qısa nömrəsinə göndərmək və ya telefonun ekranında *551#YES yığmaq kifayətdir. Aylıq paketi aktiv etmək üçün isə Start ay açar sözünü 5550 qısa nömrəsinə göndərmək və ya ekranda *554#YES yığmaq lazımdır.  Onu da qeyd edək ki, Azercell-in BluTV xidməti çərçivəsində aylıq abunəliyə ilk dəfə qoşulan müştərilərə xidmətdən 7 günlük pulsuz istifadə imkanı təqdim edilir.

"Azercell"dən "BluTV" ilə sevdiyiniz seriallar məkandan və zamandan asılı olmayaraq indi smartfonunuzda!


Xidmət haqqında ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/services/partner_services/blutv/ səhifəsinə daxil olun.

 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz