logo

Qubanın bəzi yaşayış məntəqələrinə qar yağıb

11:10 23-04-2020 | icon 2065
Qubanın bəzi yaşayış məntəqələrinə qar yağıb

Qubanın Xaltan, Qrız və Xınalıq kəndlərinə, eləcə də Böyük Qafqaz dağlarının ətəklərində yerləşən digər yaşayış məntəqələrinə qar yağıb.

YeniAvropa xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib. Qeyd edilib ki, Xınalıqda qarın hündürlüyü 6 santimetr, Qrızda və Xaltanda isə 3 santimetr olub.

Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda temperatur mənfi 4 dərəcəyədək enib.