logo

Tramp ABŞ gəmilərinə maneə yaradan İran katerlərini vurmağı tapşırdı

17:55 22-04-2020 | icon 2289
Tramp ABŞ gəmilərinə maneə yaradan İran katerlərini vurmağı tapşırdı

ABŞ prezidenti Donald Tramp ölkənin Hərbi Dəniz Qüvvələrinə Birləşmiş Ştatların dənizdəki gəmilərinə təhlükə yarada biləcək İrana məxsus bütün katerləri məhv etmək barədə göstəriş verib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Donald Tramp özünün “Twitter” səhifəsində yazıb. Prezident digər təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, aprelin 15-də ABŞ Hərbi Dəniz Qüvvələrinin beşinci donanmasının mətbuat xidməti İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus hərbi katerlərin Körfəzdə Birləşmiş Ştatların bir neçə hərbi gəmisi yaxınlığında təhlükəli manevrlər etdiyini bildirib. Məlumata görə, İran katerləri ABŞ gəmilərinə 9 metr məsafəyə qədər yaxınlaşıb.

İslam İnqilabı Keşikçiləri Korpusu isə aprelin 19-da bildirib ki, Körfəzdə ABŞ-ın bütün yanlış hərəkətlərinə cavab verməyə hazırdır.