logo

Azərbaycan digər neft istehsalçılarının da öhdəliklər götürməsini təklif edib

10:52 22-04-2020 | icon 2394
Azərbaycan digər neft istehsalçılarının da öhdəliklər götürməsini təklif edib

Bir neçə “OPEC+” ölkəsinin iştirakı ilə qeyri-rəsmi formatda keçirilən videokonfransa Azərbaycanın energetika naziri Pərviz Şahbazov da qatılıb. Konfransda neft bazarının hazırkı vəziyyəti və may ayından öhdəliklərin icrası ilə bağlı məsələlər müzakirə olunub.

Energetika Nazirliyindən YeniAvropa-ya  bildirilib ki, nazir P.Şahbazov müzakirələr zamanı “OPEC+” formatında təmsil olunmayan digər neft istehsalçılarını öhdəliklər götürməyə dəvət edib.

"“OPEC+” tarixi missiya yerinə yetirir və müvafiq öhdəliklər götürüb. İndi isə “OPEC+”dan kənar neft istehsalçıları bu prosesə fəal şəkildə qoşulmalı və öz öhdəliklərini elan etməlidirlər”, - deyə  Pərviz Şahbazov vurğulayıb.