logo

Böyük Britaniya Kraliçası II Elizabet 94 yaşını qeyd edir

16:22 21-04-2020 | icon 2478
Böyük Britaniya Kraliçası II Elizabet 94 yaşını qeyd edir

Bu gün Böyük Britaniya Kraliçası II Elizabetin 94 yaşı tamam olur.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, 68 ildir taxtda olan Kraliçanın budəfəki doğum günü ilk dəfə ənənəvi silah nümayişi ilə qeyd olunmayacaq. Onun doğum günü təbrikləri koronavirus (COVID-19) epidemiyasına görə videokonfranslar üzərindən həyata keçiriləcək.

Böyük Britaniya kraliçası II Elizabet bu il ilk dəfə ad gününün atəşfəşansız qeyd olunmasını xahış edib.

Xatırladaq ki, Kraliça ənənəvi olaraq ad gününü ildə iki dəfə keçirir. Anadan olduğu gün aprelin 21-i xüsusi təntənə ilə müşayiət edilmir. Parad və el şənlikləri ilə qeyd olunan rəsmi ad günü isə, əsasən havanın əlverişli olduğu iyun ayının ikinci şənbə günü baş tutur.

Qeyd edək ki, Böyük Britaniyada atəşfəşanlıq kral ailəsi ilə bağlı bəzi günlərdə təşkil olunur. Buraya II Elizabetin ad günündən başqa, onun taxta çıxdığı fevralın 6-sı, taclandırıldığı iyunun 2-si, həyat yoldaşı şahzadə Filippin ad günü – iyunun 10-u, vəliəhd Uels şahzadəsi Çarlzın ad günü – noyabrın 14-ü və parlament sessiyasının açılışı günü daxildir.

Mart ayının ortalarında koronavirusla bağlı təhlükəsizlik səbəbindən risk qrupuna daxil olan kraliça II Elizabet və şahzadə Filipp Londonu tərk edərək Vindzor qəsrinə yollanıb.