logo

May ayında bayramlarla əlaqədar  qeyri-iş günləri bəlli olub

16:50 20-04-2020 | icon 2177
May ayında bayramlarla əlaqədar  qeyri-iş günləri bəlli olub

Cari ildə may ayında qeyd olunan bayramlarla bağlı təqvimdəki qeyri-iş günləri məlum olub. Belə ki, mayın 9-da ölkədə faşizm üzərində Qələbə Günü, mayın 24 və 25-də Ramazan bayramı, mayın 28-də isə Respublika Günüdür.

 YeniAvropa xəbər verir ki,  mayın 9-u şənbə günü olduğundan mayın 11-i, həmçinin mayın 24-ü bazar gününə təsadüf etdiyinə görə mayın 26-sı da qeyri-iş günü olacaq.

Xatırladaq ki,  aprelin 18-də Nazirlər Kabineti ölkədə tətbiq olunan xüsusi karantin rejiminin 4 may 2020-ci il saat 00:00-dək uzadılması ilə bağlı qərar verib. Əgər həmin müddətdə karantin rejimi başa çarsa. o zaman, 9-11, 24-26 və 28 may tarixləri qeyr-iş günləri hesab ediləcək.