logo

Lənkəran sakinindən 0,5 kq tiryək götürüldü

15:54 20-04-2020 | icon 2156
Lənkəran sakinindən 0,5 kq tiryək götürüldü

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qumbaşı kənd sakini E.İbrahimov Baş Narkotiklərlə Mübarizə İdarəsi və Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Lənkəran rayonunun Qumbaşı kəndi ərazisində birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 501 qramdan çox tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.