logo

Yük maşınının salonunda gizlənib Kürdəmirdən Balakəna getmək istədi

12:49 20-04-2020 | icon 2009
Yük maşınının salonunda gizlənib Kürdəmirdən Balakəna getmək istədi

Xüsusi karantin qaydalarını pozaraq yük avtomobilinin salonunda qohumunu gizlədib Balakən rayonuna keçirmək istəyən sürücü və həmin şəxs saxlanılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki postda aparılan profilaktik tədbirlər zamanı Kürdəmir rayon sakini Allahverdi Eybalıyevin idarə etdiyi “Shacman” markalı yük maşını saxlanılıb. Həmin nəqliyyat vasitəsinin salonuna baxış zamanı müvafiq icazəsi olmadan karantin qaydalarını pozaraq gizli şəkildə Balakənə gəlmək istəyən sürücünün qohumu Emil Fətəliyev müəyyənləşdirilib.

Hər iki şəxs barəsində rayon polis şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək cərimə ediliblər.