logo

Həqiqi hərbi xidmətdən təxris  başladı

12:15 20-04-2020 | icon 2135
Həqiqi hərbi xidmətdən təxris  başladı

“Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında”  prezidentin sərəncamının icrası ilə bağlı müdafiə nazirinin əmrinə əsasən birlik, birləşmə və hissələrdə müvafiq tədbirlər həyata keçirilir.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, bu gündən etibarən Nazirliyin tabeliyində olan hərbi hissələrdən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasına başlanıb.

Müdafiə nazirinin tapşırığına əsasən ehtiyata buraxılan hərbi qulluqçular Müdafiə Nazirliyinin nəqliyyat vasitələri ilə mütəşəkkil qaydada müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılır.