logo

Azərbaycanda bu gündən xüsusi karantin rejimi uzadıldı

09:57 20-04-2020 | icon 2100
Azərbaycanda bu gündən xüsusi karantin rejimi uzadıldı

Bu gündən Azərbaycanda xüsusi karantin rejimi uzadılıb.

YeniAvropa xəbər verir ki, Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb.

Xatırladaq ki, uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanaraq, bu həftə ərzində ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda, ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna edilmir.