logo

Azərbaycan-Gürcüstan sərhədi də mayın 4-dək bağlı saxlanılacaq

21:50 18-04-2020 | icon 2058
Azərbaycan-Gürcüstan sərhədi də mayın 4-dək bağlı saxlanılacaq

Xüsusi karantin rejiminin müddətinin uzadılması ilə əlaqədar olaraq Azərbaycan-Gürcüstan sərhədinin mayın 4-dək bağlı saxlanılmasına qərar verilib.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00:00-dək uzadılıb. Bununla əlaqədar Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00:00-dək uzadılır.