logo

TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı

23:15 17-04-2020 | icon 4340
TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 17-nə olan son statistik göstəriciləri açıqlayıb.

YeniAvropa xəbər verir ki, TƏBİB-in məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 858 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 86 607 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 57 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 340 yoluxma aşkarlanıb. Onlardan 528-i sağalıb, 15-ü ölüb. Hazırda aktiv xəstələrin sayı 797-dir.