logo

600 min nəfər 190 manatlıq yardım alacaq

19:22 17-04-2020 | icon 2128
600 min nəfər 190 manatlıq yardım alacaq

Koronovirus səbəbindən hökumətin işsiz vətəndaşlar üçün nəzərdə tutulan 190 manat məbləöində birdəfəlik maliyyə yardımı alacaq şəxslərin sayı 3 dəfə artırılır. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezident İlham Əliyev  aprelin 17-də iki nazirlə videobağlantı formatında keçirilən iclasda çıxışında məlumat verib. Prezident deyib: “Biz aztəminatlı ailələrin problemlərini daha geniş şəkildə həll etməliyik”.

Prezident bildirib ki, bu zaman maksimum səviyyədə şəffaflıq təmin edilməlidir :"İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaq. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək məqsədilə bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni 200 min əvəzinə, 600 min insana dövlət 2 ay ərzində hər ay 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid insanlar aztəminatlı təbəqənin nümayəndələridir”.