logo

İranda hərbi parad keçirilib

15:10 17-04-2020 | icon 2436
İranda hərbi parad keçirilib

Ordu günü ilə əlaqədar aprelin 17-də İranın böyük şəhərlərində hərbi parad keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, paradda İran ordusunun bioloji və kimyəvi silahdan müdafiə qüvvələrinin texnikası nümayiş etdirilib. Tehranda paraddan sonra bəzi bölmələr birbaşa dezinfeksiya tədbirlərini həyata keçirməyə yola düşüblər.

Hərbi paradda iştirak edən prezident Həsən Ruhani deyib ki, İran ordusu müharibənin yox, sülhün, əmin-amanlığın simvoludur. Koronavirusla mübarizədə İran ordusu ön sıralarda oldu və xalqın müdafiəsini təmin etdi.

Paradı qəbul edən İranın müdafiə naziri, general Əmir Xatəmi bildirib ki, ordu daim xalqın yanında olub və onun müdafiəsinə hər zaman hazırdır.