logo

Dünyada koronavirusa yoluxanların sayı 2 milyona yaxınlaşır

22:10 16-04-2020 | icon 651
Dünyada koronavirusa yoluxanların sayı 2 milyona yaxınlaşır

Dünyanın ayrı-ayrı ölkələrində 131 min nəfər COVID-19 infeksiyasının qurbanı olub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Təşkilatın məlumatına görə, dünyada 1 995 983 nəfər virusa yoluxub,  131 037 nəfər  isə COVID-19-dan vəfat edib. 

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Hazırda COVID-19 infeksiyası 210 ölkədə və regionda qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.